RU

İrəvanda "Urartu irsi"? - Tarixçilər buna necə susur?


Hafiz Cabbarov: “Hayların ortaya atdığı “İrəvanın Urartu irsi”məsələsi uydurmadan başqa bir şey deyil”

Ermənilər onlara aid olmayan Urartu dövlətini və Urartu irsini mənimsəmək üçün saysız saxtkarlqılara əl atıb, cild-cild kitablar (əslində makulatura-İ.S) yazıb əsaslandırmağa çalışıblar ki, guya bunlar Urartu mədəniyyətinin bir hissəsidir, guya İrəvanda Urartu irsi mövcuddur.

Əslində onlar Urartu mədəniyyətini, Urartu irsini oğurlayıb erməniləşdirmək əməliyyatına Sovet dövründə başlayıblar və onlara bu saxtalaşdırma işində rus akademikləri, tarixçiləri yol göstərib, bu yanlış tendensiyaya rəhbərlik ediblər. Akademik Boris Piotrovskinin saxta erməni tarixinin yazılmasında yaxından iştirak etdiyi, uydurmalar əsasında erməniləri urartulara, eləcə də Van çarlığına bağlamaq cəhdləri haqqında çox eşitmişik, hətta bu barədə bir neçə dəfə yazmışıq da.

Bir məlumata görə, Urartu dövləti e.ə. IX -VI əsrlərdə mövcud olub, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər.

Yeri gəlmişkən, yazılanlara görə, erməniləri qədimləşdirmək naminə tarixi saxtalaşdırmaq işinə öz imzasını atmış A. Petrosyan da etiraf edirdi ki, Urartu yazıları erməni dilində deyildir, bununla belə o, müasir ermənilərin əcdadlarının Urartu ərazisində ilk vaxtlardan yaşadıqlarını, dövləti yaradan urartuluların özlərinin isə gəlmə olmaları barədə fikirlərə şərik çıxırdı.

İndi qayıdaq ermənilərin son aylar Urartu irsinə yenidən sahiblənmək cəhdinə. Məsələ burasındadır ki, UNESCO-nun ötən ay keçirilən 47-ci sessiyasında “İrəvanın Urartu irsi” deyilən bir nəsnə “Ermənistan irsi” kimi bu qurumun ilkin siyahısına daxil edilib. Bu barədə keçən dəfə də yazmışdıq və qeyd etmişdik ki, UNECO ənənəvi olaraq bu dəfə də heç bir araşdırma aparmadan, tarix səhifələrinə əhəmiyyət vermədən, gerçəklikləri qeyri-obyektiv yanaşmasına qurban verib ermənilərə aid olmayan tarixi irs nümunələrini “Ermənistan irsi” kimi ilkin siyahıya daxil edib.

“İndiki Ermənistan ərazində aşkarlanan arxeoloji tapıntıların heç birinin haylarla əlaqəsi yoxdur, uratuluların da həmçinin”

Tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin iddia etdiyi Urartunun onlarla heç bir əlaqəsi yoxdur. “Bu, ermənilərin köhnə iddialarından biridir. Burda bir məsələ var, onu ya məqsədyönlü şəkildə unudurlar, ya da ki, özlərini tarixi və siyasi baxımdan “unutqanlığa” qoyurlar. Birincisi, Urartunun ermənilərlə heç bir əlaqəsi olmadığı dünya tarixşünaslığında sübut olunmuş bir məsələdir. Hətta bəzi erməni tarixçilərinin özləri də etiraf edirlər ki, Urartunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Urartu eradan əvvəl IX yüzillikdə bölgədə yaranmış qədim dövlətlərdən biridir və nairi adlandırılan qədim xalqlardan biri tərəfindən yaradılıb. Ermənilər bu ada da sahib çıxır, amma onlarla heç bir əlaqəsi yoxdur.

Urartu dövləti yarananda haylar (ermənilər) bu coğrafiyada yox idilər. Sizinlə ötən söhbətlərimizdə tarixi mənbələrə əsasən dəfələrlə demişəm ki, Armenia qədim arami dilində “yuxarı ölkə, yüksək ölkə” deməkdir. Bu da Van gölü ətrafı ərazilərdir və Urartunun yarandığı ərazilərin bir hissəsidir. Erməni adını belə oğurlayan haylar bölgəyə Qərbdən - Balkan yarımadasından gəliblər. Bunu Heredotdan tutmuş bütün qədim mənbələr, bütün tarixşünaslıq çoxdan sübut ediblər. Urartu dövlətinin yaranmasından üç əsr sonra haylar bu bölgəyə gəliblər. O zaman artıq Urartu dövləti zəifləmişdi və eradan əvvəl VI əsrin əvvəllərində Urartu Midiya və Babil ittifaqı tərəfindən süqut etdirilmişdi. Haylar siyasi qarşıqlıqdan sui-istifadə edərək burda məskunlaşırlar, hər zaman olduğu kimi yerli xalqın mədəniyyətini qəbul edirlər. Çünki özlərinə məxsus mədəniyyətləri yox idi. Nəticədə sonradan Urartu irsinə sahib çıxmağa başlayırlar. O vaxtlar burda urartuluların “Erabuni” deyilən bir qalasına sahib çıxaraq, guya onun indiki İrəvan olduğunu göstərmək istəyirlər. Amma o qala ermənilərin iddia etdiyi ərazidə deyil, başqa ərazidə idi”.

H.Cabbarov qeyd etdi ki, Azərbaycan Səfəvilər dövlətinin yaranmasından sonra İrəvan şəhəri xüsusi əhəmiyyət daşımağa başlayıb və Çuxursədd bəylərbəyliyinin mərkəzi olub. Ekspert hesab edir ki, bu şəhərin sözügedən dövrə qədər iqtisadi-siyasi mənada adı heç bir mənbədə çəkilmir. “Erabuni” qalasının isə urartuluların qalası olduğunu deyən H.Cabbarov qeyd etdi ki, bu qalanın da ermənilərlə heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, “Erabuni” İrəvan yaxınlığında bir qala olub, tarixi mənbələrdə göstərilir: “Bunu bəzi erməni tarixçilərinin şərhləri də sübut edir ki, Urartu dövlətinin ermənilərə aidiyyəti yoxdur. Həmçinin, bir çox dünya tarixçiləri də Urartunun ermənilərlə əlaqəsinin olmadığını artıq çoxdan elm aləminə sübut ediblər. Hətta məşhur gürcü alimi Çavçavadzenin özünün “Fəryad edən daşlar” adlı məşhur əsərində bu məsələdə ermənilərin nə dərəcədə saxtakar olduğunu və tarixi saxtalaşdırmaq istədiklərini yazması dünya elminə, bu işlə məşğul olanlara çoxdan məlumdur.

Ermənilər Urartunun süqutundan sonra ora gəliblər və urartululraın irsini oğurlayıblar, ona sahibləniblər.

Onlar ona görə “Erabuni”ni uratulularla bağlayırlar ki, İrəvanın Azərbaycan şəhəri olmadığını “sübut” etsinlər. Yəni “bizim deyilsə onda azərbaycanlıların da olmasın” kimi fikirlə bu şəhərin tarixini daha da qədimləşdirmək istəyirlər. Hətta Sovet dövründə belə bir tendensiya vardı, İrəvan şəhərinin Romadan 50 il qədim olduğunu sübut etmək istəyirdilər.

Uratunun, “Erabuni”nin, İrəvanın ermənilərlə heç bir əlaqəsi yoxdur. İrəvan Azərbaycan şəhəridir. Dövrün alimləri də, hətta bəzi erməni alimləri də etiraf edirlər ki, müasir İrəvan Azərbaycan şəhəridir. Ermənilər iddia edirlər ki, Ermənistan guya ən qədim xristian dövlətidir və bunların zəngin irsi var. Arxeoloqlar hansısa şəhərdə qalıqlar araşdırıb, amma orda erməni irsinə aid bir dənə də olsun nümunə tapılmayıb. Qərbi Azərbaycanda, İrəvan ətrafında tapılan irs nümunələri məhz Azərbaycan xalqına məxsusdur.

Ermənilərin Urartu irsini öz adlarına çıxıb onu UNESCO-ya qədər daşımaları böyük saxtakarlıqdır. İndiki Ermənistan ərazindən aşkarlanan arxeoji tapıntıların heç birinin haylarla əlaqəsi yoxdur, uratuluların da həmçinin. Hayların ortaya atdığı “İrəvanın Urartu irsi” məsələsi uydurmadan başqa bir şey deyil”-deyə H.Cabbarov qeyd etdi.

Tarixçi hesab edir ki, ermənilərin bu cür saxtakarlıqlarına Azərbaycan tarixçiləri həmişə faktlarla cavab verib və onların əməllərini ifşa ediblər.

İradə SARIYEVA

Избранный
10
baki-xeber.com

1Источники