RU

Azərbaycanda şəkər xəstələrinin sayı durmadan artır

Azərbaycanda şəkər xəstələrinin sayı artıb. 

Azreform.info ” xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 2024-cü ildə 33533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30500 nəfər olub. 

Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır. 

Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423 523 nəfərdir.

Qeyd edək ki, bundan bir il öncə bu rəqəm 385 179 olub. 

Избранный
43
7
azreform.info

8Источники