RU

Şamaxıdakı ağır qəzasda doqquz nəfər xəsarət alıb - TƏBİB

Bu gün saat 13:00 radələrində Şamaxı rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda dəhşətli QƏZA: Bir nəfər həyatını itirdi, üç azyaşlı XƏSARƏT ALDI


Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.

Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.

Bizim.Media

Избранный
36
21
bizim.media

10Источники