ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Binəqədi-Novxanı yolunda qaydaları kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 10-da, saat 16:00 radələrində qeydə alınıb.
Belə ki, "DAF" markalı yük avtomobilinin sürücüsü əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. O, axına qarşı hərəkət edərək görüntünü qeydə alan avtomobilin üzərinə sürüb. Daha sonra onunla toqquşacağını görən anda qismən sağa manevr edərək yüksək sürətlə hərəkətinə davam edib. Sağ zolaqdakı sürücü də təhlükəni görən anda yolun kənarına doğru manevr edərək baş verə biləcək bədbəxt hadisədən yayınıb.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.