RU

Türkiyənin ədliyyə naziri: CHP sədri barədə araşdırmalara başlanılıb

BAKI, 13 avqust. TELEQRAF

Türkiyənin aparıcı müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barədə araşdırmalara başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, partiya lideri ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanı təhqir edib: “Ankara prokurorluğunda Özgür Özelin Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələri ilə bağlı araşdırmalara başlanılıb. CHP sədrinin sözləri 86 milyon vətəndaşımızı təmsil edən rəhbərə qarşı açıq-aşkar hücumdur. Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP liderinin istifadə etdiyi nalayiq sözlər sadəcə üslub məsələsi deyil. O, siyasi nəzakəti aşıb. Millətimiz indiyə qədər olduğu kimi böhtan siyasəti ilə məşğul olanlara heç vaxt yol verməyəcək”.

Избранный
25
7
teleqraf.com

10Источники