RU

Laçında öldürülən vəzifəli şəxsin qaynı danışdı: "Bacım zəng vurdu ki..."

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon komitəsinin sədri, müğənni Səfər Quliyevin (Səfər Laçınlı) qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, mərhumun qaynı Tələt Fərhadov Teleqraf-a danışıb.

O bildirib ki, həm S.Quliyev, həm də hadisəni törətməkdə şübhəli bilinərək həbs olunan qardaşı Xasay Quliyev Birinci Qarabağ müharibəsinin veteranlarıdır.

"Səfərlə Xasay Birinci Qarabağ müharibəsində üç il bir yerdə döyüşüblər. Onlar təkcə qardaş yox, həm də yaxın dost olublar. Çox mehriban qardaşlar idi. Bu gün biz özümüz, yaxın qohumlar, Səfərlə Xasayı tanıyan hamı şokdadır".

Hadisənin necə baş verdiyinə və səbəbinə gəlincə, T.Fərhadov bu suallara cavab tapmadıqlarını, hələlik heç nəyin məlum olmadığını söyləyib.

"Avqustun 12-də axşam saat 18 radələrində bacımdan mənə zəng gəldi ki, bəs Səfəri vurdular. Soruşdum ki, kim vurdu? Sözünün davamını deyə bilmədi, əlaqə kəsildi. Biz də qohumlara, tanıdığımız adamlara zəng vurduq. Eşitdik ki, Xasay müəllim Səfər müəllimi vurub. Xasay orta məktəb müəllimidir. Onlar çox yaxşı qardaş olublar".

T. Fərhadov hadisə barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını deyib:

"Guya Xasay Səfəri məhsula, bala görə öldürüb. Əslində elə bir şey ola bilməz. Çünki Səfər arıdan ildə 50 kilo bal götürürdüsə, onun 30 kilosunu pay verirdi. Bala görə o qardaşlar arasında mübahisə ola bilməz, bir-birlərinə əl qaldırmazlar. Bu mümkün olan iş deyil.

Избранный
10
3
publika.az

4Источники