RU

PSJ UEFA Superkubokunun qalibi oldu - Tarixində ilk dəfə

Fransa təmsilçisi PSJ İngiltərənin "Tottenhem" klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub.

Publika.az xəbər verir ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi olan PSJ (Fransa) Avropa Liqasının son sahibi “Tottenhem”lə (İngiltərə) qarşılaşıb.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Penaltilər seriyasında rəqibdən daha üstün olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. "Tottenhem" qələbəyə xeyli yaxın olub. London klubu sona yaxın 2 top fərqi ilə öndə olsa da, güclü rəqibinə qarşı üstünlüyünü qoruya bilməyib.

Oyunda hesabı 39-cu dəqiqədə “Tottenhem”li Miki van de Ven açıb. Görüşün 48-ci dəqiqəsində Kristian Romero ikinci qolu PSJ-nin qapısından keçirib. Görüşün 85-ci dəqiqəsində Li Kan İn fərqi azaldıb. 90+4-cü dəqiqədə PSJ məğlubiyyətdən yaxa qurtarıb. Usman Dembelenin ötürməsini Qonsalu Ramuş qola çevirib.

Избранный
36
44
publika.az

10Источники