Xalq təbabətində soğan əsrlərdir təbii müalicə vasitəsi kimi istifadə olunur. Mütəxəssislərin sözlərinə görə, ayağın altına soğan dilimi bağlamaq orqanizmin toksinlərdən təmizlənməsinə və immun sisteminin güclənməsinə kömək edə bilər.
Milli.Az xəbər verir ki, soğanın tərkibindəki kükürd birləşmələri və antioksidantlar qan dövranını sürətləndirir, iltihabı azaldır və bədəni mikrob və viruslara qarşı daha davamlı edir. Ayağın altındakı sinir ucları orqanizmin müxtəlif orqanları ilə əlaqəli olduğundan, soğan bu nöqtələr vasitəsilə təsir göstərir.
Faydaları:
Orqanizmdən toksinlərin atılmasına kömək edir
Soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirir
İmmuniteti gücləndirir
Qan dövranını yaxşılaşdırır
İstifadə qaydası:
Soğanı təmizləyin və nazik dilimlərə ayırın.
Ayağınızın altına qoyun və pambıq corab geyinin.
Gecə boyu saxlayın, səhər isə ayağınızı yuyun.
Təbii üsullar xəstəliklərin qarşısını almaqda köməkçi ola bilər, lakin ciddi sağlamlıq problemlərində həkim məsləhəti mütləqdir.
Milli.Az