RU

Niderlandda hava şarı sərt yerə endi: Ölən və yaralananlar var

BAKI, 14 avqust. TELEQRAF

Niderlandın Frisland əyalətində hava şarının sərt yerə enməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə NOS telekanalı regional fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

İnsident əkin sahəsində baş verib. Niderland Kral Aviasiya Assosiasiyasının məlumatına görə, eniş zamanı şar güclü küləyin təsirindən kəskin şəkildə aşağı düşüb.

Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Hadisə baş verən zaman şarın göyərtəsində 34 nəfər olub.

Hadisə yerinə 2 tibbi helikopter, 14 təcili tibbi yardım maşını, mobil həkim briqadası və Qızıl Xaç Cəmiyyətinin təcili tibbi yardım qrupu göndərilib.

Hadisənin baş vermə şəraiti aviasiya polisi tərəfindən araşdırılır.

Избранный
43
teleqraf.com

1Источники