Yay mövsümündə ən çox narahatlıq yaradan problemlərdən biri də ağcaqanadlardır.
Milli.Az xəbər verir ki, kimyəvi spreylər yerinə, təbii üsullarla da bu həşəratlardan qorunmaq mümkündür.
Limon və mixək - Limonu iki hissəyə bölüb içinə mixək sancın. Onun qoxusu ağcaqanadları uzaqlaşdırır.
Nanə yağı - Güclü qoxusu sayəsində həm dərinizə sürtərək, həm də otaqda diffuzor vasitəsilə istifadə edə bilərsiniz.
Lavanda - Qurudulmuş lavanda və ya lavanda yağı ağcaqanadlara qarşı effektivdir və eyni zamanda xoş ətir yayır.
Sarımsaq - Qida rasionuna sarımsaq əlavə etmək bədənin qoxusunu dəyişdirərək ağcaqanadların sizə yaxınlaşmasını azaldır.
Reyhan yarpağı - Balkonda və ya pəncərə kənarında yetişdirdikdə ağcaqanadların evə girməsinin qarşısını alır.
Çay ağacı yağı - Antiseptik xüsusiyyətli bu yağ ağcaqanad dişləməsinin yaratdığı qaşınmanı da azaldır.
Mütəxəssislər qeyd edir ki, bu üsullar tamamilə zərərsizdir və həm açıq havada, həm də ev şəraitində tətbiq oluna bilər.
Milli.Az