RU

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olundu

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub.

Yenisabah.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanda sülh, firavanlıq və inkişaf üçün dualar edilib. pizza

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəminə diqqət çəkib. Həmçinin Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Telegram kanalımız
Избранный
17
7
yenisabah.az

8Источники