RU

Qubada əkin sahəsinin yandırılmasına görə bir nəfər saxlanıldı

Avqustun 13-də Quba rayonunda biçilmiş taxıl sahəsinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən bir nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməlin rayon sakini Elvin Məmmədov tərəfindən törədildiyi məlum olub.

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub.

Избранный
8
5
avtosfer.az

10Источники