RU

"Milan" heyətini yeni müdafiəçi ilə gücləndirib

"Cenoa"nın müdafiəçisi Koni de Vinter "Milan"la müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı belçikalı ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalı transferi 20 milyon avro qiymətləndirir.

De Vinter 2024-cü ilin yayından “Cenoa”da çıxış edir. 2024/25 mövsümündə müdafiəçi 26 matçda 3 qol vurub, 7 sarı vərəqə alıb.

Избранный
54
operativmedia.az

1Источники