Konfransda Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri, ittifaqın Ermənistanın iqtisadi və siyasi inkişaf perspektivlərinə təsiri ilə əlaqədar müzakirələr aparılacaq.
![]() |
Paşinyan Aİİ-nin iclasına getməyəcək |
Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanda iclası keçiriləcək. Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın dünən yerli mətbuata verdiyi məlumata görə, Nikol Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətə çıxdığı üçün həmin iclasa qoşulmayacaq. İclasda Baş nazirin müavini Mher Qriqoryanın iştirakı gözlənilir.
Firudin Həmidli
AzVision.az