RU

"Liverpul" İtaliyadan müdafiəçi transfer edir

"Parma"nın müdafiəçisi Covanni Leoni karyerasını İngiltərədə davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, 18 yaşlı italiyalının müqaviləsi razılaşdırılıb. Transfer məbləği təxminən 35 milyon avro olacaq. Futbolçunun özü İngiltərə klubuna keçmək istəyib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Leoni bütün yarışlarda 17 matçda iştirak edib və 1 qol vurub. O, həmçinin 3 sarı vərəqə alıb.

Избранный
33
1
operativmedia.az

2Источники