Bakı. Trend:
“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasınınrəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdənəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ticarət və SənayePalatasının nəzdində 50 ildən çoxdur fəaliyyət göstərən“Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilənbirliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmışqiymətləndiricilər” bölməsində yer alıb. Palatanın rəhbərliyininiddiasına görə buna səbəb 1995-ci ildə Ədliyyə Nazirliyi tərəfindəntəsdiq edilmiş “Azərekspertiza” birliyinin Nizamnaməsi kiriləlifbası ilə yazılmasıdır və birlik qeyri-kommersiya təşkilatıdır.Palata rəhbərliyi bunu qanuna uyğun yox öz daxili prosedurlaraəsasən müəyyən edib.
Palatanın rəhbərliyinin bu addımı mövcud qanunvericiliyinpozulmasıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatasıqiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan vəfəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirənqeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnızqiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır.Qanunda aydınşəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiştələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malikolan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirməsahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir vəonun üzərində Palatanın rəhbərliyinin heç bir ləğvetmə və yaxitamvermə səlahiyyəti yoxdur”.
“Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkarqiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışanəməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyəmalikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyəmalik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlıolduğunu göstərir. Palatanın rəhbərliyinin iddialarınacavab olaraq Birlik tərəfindən bizim redaksiyamıza İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Başİdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindənverilən arayışlar təqdim edilmişdir. Arayışlara əsasən“Azərekspertiza” Birliyi digər kommersiya təşkilatlarına aiddir vəonun Nizamnaməsi hal-hazırda qüvvədədir. “Bu da öznövbəsində “Azərekspertiza” Birliyinin fəaliyyətinin tam qanuniolduğunu təsdiq edir”.
“Azərekspertiza” Birliyi tərəfindən qeyd edilib ki,hal-hazırdakı Palatanın sədri 2019-cu ildə AzərbaycanQiymətləndiricilər Cəmiyyətinin sədri olarkən Birliyə 5 illikŞəhadətnaməni təqdim edib və Birliyin Nizamnaməsinin kiril əlifbasıilə yazılması məsələsini qaldırmamışdır.
Əsas səbəb isə hal-hazırda Palatanın sədrinə mənsubşirkətlərlə Birliyin eyni lahiyələrdə xidmət göstərməsidir. Palatarəhbəri tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxiliprosedurlara əsasən qəbul olunan və bu günə qədər bizə təqdimedilməyən qərarın məqsədi “Azərekspertiza” Birliyini həminlahiyələrdən uzaqlaşdırmaqdır və bu hərəkətləri AzərbaycanRespublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır.Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan RespublikasınınQanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç birsəlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digərtədbirlərin tətbiqi nəzərdə tutulmayıb.
Palata rəhbərinin bu addımı açıq-aşkar hüquqaziddir və busəbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsiməqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyinverdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək.
Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnızkonkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadimünasibətlərə zərər vurur.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasındansorğumuza belə cavab aldıq: “Qiymətləndirmə fəaliyyəti haqqında”Qanunda açıq şəkildə göstərilir ki, Palata qiymətləndiriciləriüzvlüyə qəbul edir və onların reyestrini formalaşdırır. Bununlaparalel olaraq, Rəyasət Heyətinin keçirilmiş iclasında qəbul edilənqərar və qərardan irəli gələn reqlament əsasında, Palata həminqiymətləndirici təşkilatın siyahısını formalaşdırır ki, qurumlartəşkilatları axtarıb tapmaq istədikləri zaman çətinlik çəkməsinlər.Hələ ki Palata formalaşmaq prosesindədir deyə bu addımı atmağazərurət yaranıb.
“Azərekspertiza”ya gəldikdə isə onların qiymətləndiricilərinisiyahıdan çıxarmamışıq. Qiymətləndiricilər siyahıdadır, onlarfəaliyyət göstərə və fəaliyyətlərini davam etdirə bilərlər. LakinPalata “Azərekspertiza”nı uzaqlaşdırıb. Çünki dəfələrlə onlarınözlərinə şifahi və yazılı qaydada müraciət etdik ki, Nizamnamədəyişdirilməlidir, “Azərbaycan dövlət dili haqqında” Qanuna uyğunolaraq latın qrafikalı əlifba ilə yazılıb verilməlidir. Amma onlarbunu icra etmədilər”.