BAKI, 14 avqust, TELEQRAF
2025-ci ilin I yarısında 52 nəfərə filalogiya, 32 nəfərə isə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
İqtisad elmləri üzrə 46, texnika elmləri üzrə 27, kimya üzrə 19 nəfər fəlsəfə doktoru olub.
Məlumata görə, fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən az elmi ad astranomiya sahəsində olub. Belə ki, bu sahə üzrə cəmi iki nəfər fəlsfə doktorluğu qazanıb.
Elmi adın verilməsindən imtina isə ən çox filalogiya sahəsində olub. Belə ki, bu sahə üzrə 23 əfərə elmi ad verilməsindən imtina edilib.