Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 398,5 min manat vəsait daxil olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 92,1 % çoxdur.
Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 138 yeni icarə müqavilə bağlanıb, 119 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 66 ədəd və ya 91,6 %, müddəti uzadılmış müqavilələrin sayı 40 ədəd və ya 50,6 % çox olub.