ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ukraynanın "Sapsan" ballistik əməliyyat-taktiki raket (ƏTR) komplekslərinin istehsalı planlarını tamamilə pozduğunu bəyan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Ukrayna keçmiş SSRİ-dən qalan texnologiyalar və ehtiyatlardan istifadə edərək gizli şəkildə öz raket proqramını inkişaf etdirirdi", - deyə FTX-nin məlumatında qeyd olunub.
Qurumun bildirdiyinə görə, xüsusi əməliyyat Rusiya Müdafiə Nazirliyi ilə birgə həyata keçirilib. Nəticədə "Sapsan" raket komplekslərinin yaradılmasında iştirak edən Ukrayna hərbi-sənaye kompleksinin obyektlərinə zərbələr endirilib.
FTX-nin məlumatında qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri NATO ölkələrinin icazəsi ilə "Sapsan" ƏTR-lərini Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyi planlaşdırırdı.
Bundan əlavə, FTX "Sapsan" raketlərinin mümkün zərbə radiusunun xəritəsini dərc edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.