RU

Rusiya məhdudiyyət qoydu: “WhatsApp” və “Telegram”-da zəng etmək olmayacaq

Rusiyada cinayət və terrorizmlə mübarizə əsas gətirilərək “WhatsApp” və “Telegram”-da səsli zənglər qismən məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin media və internetə nəzarət orqanı olan “Roskomnadzor” açıqlama verib.

“Təhlükəsizlik qüvvələri və vətəndaşların çoxsaylı şikayətlərinə əsasən, iki proqram Rusiya vətəndaşlarının iştirakı ilə fırıldaqçılıq, təxribat və terror fəaliyyətləri üçün əsas səsli rabitə kanallarına çevrilib”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, hökumət “WhatsApp"-ı əvəz etmək üçün dövlət nəzarətinin artırılması gözlənilən milli mesajlaşma proqramı olan "MAX"-ı təqdim edib.

Избранный
36
publika.az

1Источники