RU

“YouTube” süni intellekt vasitəsilə istifadəçilərin yaşını təxmin etməyə başlayıb

“YouTube” istifadəçilərin yaşını təxmin etmək və onların yetkinlik yaşına çatıb-çatmadığını müəyyən etmək üçün süni intellektdən istifadə edən sistem tətbiq edib.

Bu barədə gazeta.ru məlumat yayıb.

“YouTube” artıq qeydiyyat zamanı qeyd olunan doğum tarixinə etibar etmir – əvəzində süni intellekt alqoritmi indi öz qiymətləndirməsini formalaşdırır. Yeni sistem hələ bu ilin iyulunda elan edilib və o, ABŞ-də avqustun 13-də istifadəyə verilib. Təxmini yaşı müəyyən etmək üçün axtarış sorğularının tarixi, baxılan videolar və hesab fəaliyyətinin müddəti nəzərə alınır.

Platforma hesabın baxış tarixini və istifadə müddətini təhlil edir. Alqoritm istifadəçinin 18 yaşdan kiçik olduğu qənaətinə gələrsə, onun hesabı yeniyetmə rejiminə keçəcək. Bu, yaş markerləri ilə məzmuna girişin məhdudlaşdırılması və yuxu vaxtı xatırlatma kimi funksiyaların avtomatik aktivləşdirilməsi deməkdir.

Bəzi istifadəçilər platformanın səhvən hesablarını uşaq rejiminə keçirə biləcəyindən narahat olduqlarını bildiriblər – məsələn, əgər onlar müntəzəm olaraq cizgi filmlərinə baxırlarsa. Bu halda “YouTube” apellyasiya proseduru nəzərdə tutub: rejim dəyişdirilərsə, istifadəçi məlumatlandırılacaq və o, kredit kartı məlumatı, şəxsiyyət vəsiqəsi və ya selfi təqdim etməklə qərardan şikayət edə bilər.

MənbəOXU.AZ
Избранный
5
2
banker.az

4Источники