RU

Azərbaycan ilə Özbəkistan oğurlanmış və itirilmiş mobil cihazlar barədə məlumat mübadiləsi həyata keçirəcək FƏRMAN

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 avqust, AZƏRTAC

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”in təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xatırladaq ki, Saziş cari il iyulun 2-də Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
azertag.az

4Источники