RU

İsrail 3 gündə 300 evi dağıtdı

İsrail ordusu 3 gündür davam edən hücumlarında işğal planını həyata keçirdiyi Qəzza zolağının mərkəzindəki Zeytun məhəlləsində 300-dən çox evi dağıdıb.

Turkustan.az xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal, Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində İsrailin işğalçı qüvvələrinin gücləndirdiyi hücumlarla bağlı məlumat verib.

Basal İsrail ordusunun Zeytun məhəlləsində intensiv hərbi hücumlar həyata keçirdiyini və bu çərçivədə mülki yaşayış məntəqələrini hədəfə aldığını bildirib.

Basal qeyd edib ki, İsrail ordusu xüsusilə beş mərtəbəli və ondan yuxarı binalara hücum edir və ətrafdakı tikililər də istifadə edilən partlayıcılarla məhv edilir.

Basal, İsrailin 3 gün ərzində bölgədə 300 evi tamamilə dağıddığını, bəzi evlərin sakinləri ilə birlikdə içəridə çökdüyünü və nəticədə ölümlə nəticələndiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
5
turkustan.az

1Источники