RU

Ermənistan-Azərbaycan işçi qrupları yaradılacaq - Nazir

Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş proseslərinə başlanacaq, işçi qruplar yaradılacaq və həmin andan əlavə məlumatların verilməsinə ehtiyac yaranarsa, Hökumət bunu mütləq verəcək.

Modern.az xəbər verir ki, bunu avqustun 14-də jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

O izah edib ki, hökumət işçi qrupların formatı ilə bağlı əlavə məlumat da verəcək. Nazir işçi qrupların formalaşdırılmasının çox vaxt aparmayacağına əmin olduğunu vurğulayıb.

Azərbaycanlıların Ermənistan ərazisindən keçərkən erməni sərhədçiləri ilə görüşüb-görüşməyəcəyinə dair təfərrüatların və dəqiqləşdirmələrin aparılmasını xahiş etdikdə nazir cavab verib ki, hazırda məqsədəuyğun hesab edilən qədər məlumat verilib.

"Hazırda əlavə edəcəyim heç nə yoxdur”.

Избранный
76
2
modern.az

9Источники