RU

Ölkə əhalisinin geyim xərcləri 4,4 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 463,8 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,6% çoxdur. 

Qeyd edək ki, ötən 7 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
64
11
banco.az

10Источники