Litva hökuməti məhsulun yarıdan çoxunu məhv edən güclü yağışlar səbəbindən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat verilib.
“Hökumət təbii meteoroloji hadisə - bitkilərin aktiv vegetasiya dövründə uzun sürən yağışla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib”, - məlumatda deyilir.
Hökumət yağışların məhsulun 50-70%-ni zədələdiyini və ya məhv etdiyini bildirib. Nazirlər Kabinetindən verilən məlumata görə, bir çox rayonlarda fermerlər məhsullarını su basmış sahələrdə əldə edə bilmədikləri üçün yığa bilmirlər.
Onlar həmçinin qeyd ediblər ki, fövqəladə vəziyyət elan edildikdən sonra fermerlərin dəymiş ziyanla bağlı iddia qaldırmaq imkanı var.
Əziz Mustafa