Bu ilin I yarısında Azərbaycan sahibkarları İqtisadiyyat Nazirliyinin xidmətlərindən istifadə etmək üçün təxminən 11,2 milyon dəfə müraciət edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, bunun təxminən 97 %-i (10,9 milyondan artıq müraciət) elektron xidmətlərin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi müraciətlər 29 %, elektron xidmətlərə müraciətlər isə 33 % artıb.
Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 285 xidmət göstərilir ki, onların 67%-i (191 xidmət) artıq elektronlaşdırılıb. Sahibkarlara təqdim olunan xidmətlər arasında xüsusi yer tutan lisenziyaların verilməsi prosesi tam elektronlaşdırılıb. I yarımildə ümumilikdə 837 lisenziya verilib, onlardan 636-sı elektron qaydada təqdim olunub. “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 526 elektron lisenziya təqdim olunub. Portal 23 fəaliyyət növü üzrə lisenziya alınmasına dair müraciətlərin qəbulunu, 8 aidiyyəti qurumdan rəy alınmasını və nəticələrin rəsmiləşdirilməsini təmin edir.
İqtisadiyyat Nazirliyinin göstərdiyi elektron xidmətlərə