RU

Azərbaycanda 185 min evdə internet yoxdur


Ötən il ölkədə mövcud olan ev təsərrüfatlarının 7,6%-də internet olmayıb.
Yeniavaz.com
açıqlanan rəsmi göstəricilərə istinadən xəbər verir ki, əvəlki illərlə müqayisədə internetin olmadığı evlərin sayı azalıb.
Belə ki, 2023-cü ildə ölkədəki ev təsərrüfatlarının 17,8%-də, 2022-ci ildə isə 21,2%-də internet olmayıb.
Qeyd edək ki, internetin olduğu evlərin sayı artsa da, kompüterin olduğu evlərin sayı azalıb. 2023-cü ildə ölkədəki ev təsərrüfatlarının 23,6%-də kompüter olmadığı halda, ötən il bu göstərici 34,2%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər olub. Hər ev təsərrüfatında orta hesabla 4,19 nəfər olduğunu nəzərə alsaq, o zaman ölkədə təxminən 2 milyon 440 min ev təsərrüfatı mövcuddur. Bu da, o deməkdir ki, təxminən 185 minə yaxın evdə internet yoxdur.

Elnur Əli
Избранный
1
3
yeniavaz.com

4Источники