RU

Putin Alyaska görüşü öncəsi iclas keçirdi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin sabah Alyaskada baş tutacaq görüşə hazırlıq çərçivəsində Rusiyanın ali rəhbərliyinin üzvləri ilə iclas keçirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Görüşdə, həmçinin hökumət üzvləri və prezident administrasiyasının üzvləri iştirak edib. 

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
50
qafqazinfo.az

10Источники