RU

Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazanıb

Bakı, 14 avqust, AZƏRTAC

Kikboksinq üzrə Azərbaycan millisinin üzvü Amin Quliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 4 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) mükafatçılar sırasında yer alıblar.

Избранный
72
50
azertag.az

10Источники