“Vaşinqton razılaşması reallaşarsa, Azərbaycanın 2-ci və 3-cü prezidentlərin (Koçaryan və Sarkisyan) Haaqa Beynəlxalq Məhkəməsinə verməsinə nail olacağı istisna edilmir”.
Herbiand.az Tribunainfo.az -a istinadən xəbər verir ki, bunu erməni ekspert Artak Hakobyan deyib.
Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq məhkəmədə Ermənistanı udacaq. “Əgər Qarabağ hərəkatı və Qarabağ uğrunda müharibə cinayət idisə, deməli, buna görə məsuliyyət daşıyanlar da olmalıdır. Sarkisyan və Koçaryan bu siyahıda birincidir. Deməli, onları Bakıya təhvil verəcəklər”.
Hakopyan onu da bildirib ki, Minsk Qrupunun ləğvi elə bu prosesə başlamaq üçün zəmin yaratmaqdır.