2022-ci ildə salınan “Park Yasamal Yaşayış Kompleksi”nin indiki sakinləri illərdir həmin ərazidə natəmiz şəraitdə yaşadıqlarını bildirirlər.
Axar.az Real TV-yə istinadən xəbər verir verir ki, qeyd edilən ilə qədər kompleksin salındığı ərazidə sakinlərin evləri ilə yanaşı, müxtəlif dəri sexləri və donuz fermaları fəaliyyət göstərib. Kanalizasiya sistemi mövcud olmadığından çirkab sular ərazi boyu axaraq Qanlıgölə tökülüb.
Sakin Səyyarə İmanova bildirib ki, 40 ilə yaxın bu ərazidə yaşayıb:
“Uşaqlıqdan eşidirdim ki, bura söküləcək, ev tikəcəklər və s. Deyirdim ki, bura kimdir gələn, burda ilan mələyir, kimdir burada ev tikən, yaşayan?! Heç vaxt ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər, yaşıllıq salınar, futbol meydançası, gül-çiçək, maşın saxlamaq üçün qarajı olar. Yəni bir insanın yaşamağı üçün hər bir şərait yaradılıb. Gəl, qapının açarlarını al, içəri gir və yaşa”.
Digər sakin Zaur Kərimov isə qeyd edib ki, köçdüyü ev çox əlverişlidir:
“1 ay 10 gündür ki, bura köçmüşəm, bura çox rahatdır. Hər şeydən razıyıq”.
Qeyd edək ki, şirkətdən verilən məlumata görə, hazırda “Kristal” tərəfindən “Park Yasamal” layihəsinin 3-cü mərhələsinin tikintisi davam edir. Layihədə həm yaşayışa hazır, həm də tikilməkdə olan binalarda satış aparılır.
Sözügedən videomaterialı təqdim edirik: