RU

İngiltərədə Çikungunya virusuna yoluxma halları sürətlə artır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (BBSTA) ölkədə ağcaqanadlarla yoluxan çikungunya virusuna yoluxma hallarının iki dəfədən çox artdığını bildirdi. İşlərin böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Mavrikiyə səyahətlə bağlıdır. Virusun İngiltərədə rast gəlinməyən iki ağcaqanad növü ilə ötürüldüyü, ölkədə yayılma riskinin olmadığı qeyd edilib.

Bizimyol.info xəbər verir ki, BBSTA verdiyi yazılı açıqlamada, bu ilin ilk altı ayında 73 çikungunya hadisəsinin aşkar edildiyini bildirib. Bu sayın keçən ilin eyni dövründə qeydə alınan 27 haldan iki dəfə çox olduğu vurğulanıb.

Açıqlamada, virusun ölüm riski az olsa da, bəzi xəstələrdə oynaqlarda ağrıların illərlə davam edə biləcəyi və bu səbəbdən xaricə səyahət edənlərin ağcaqanad dişləmələrinə qarşı tədbir görmələrinin vacib olduğu xəbərdarlığı edilib.

BBSTA səyahət edən şəxslərin səfərdən əvvəl ən son sağlamlıq tövsiyələrini yoxlamalarını və yüksək riskli bölgələrə gedəcək şəxslər üçün chikungunya peyvəndinin nəzərdən keçirilməsini təklif edib.

BBSTA-nın ictimai sağlamlıq üzrə məsləhətçisi Dr. Filip Veal açıqlamasında: "Chikungunya ciddi xəstəlik ola bilər və İngiltərəyə qayıdan turistlər arasında narahatlıq doğuran bir artış müşahidə edirik. Ağcaqanad dişləmələrinə qarşı böcək qoruyucu vasitələrdən istifadə etmək, bədəni örtən geyimlər geyinmək və dərmanlı qoruyucu torlar altında yatmaq riski əhəmiyyətli dərəcədə azaldır", - deyə bildirib.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, ağcaqanad dişləməsi ilə yayılan chikungunya virusu, yüksək hərarət və oynaqlarda ağrılara səbəb olur. Çox nadir hallarda ölümə səbəb ola bilən chikungunya xəstəliyinin müalicəsi üçün təsdiqlənmiş iki peyvənd mövcuddur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
63
50
bizimyol.info

10Источники