RU

Neftçalanın icra başçısı qəbul keçirdi - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Ərəbqardaşbəyli və Bala Surra kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Mirhəsən Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusu həmçinin, ölkəmizdə hüquqi dövlət quruculuğunun və mütərəqqi hüquqi islahatların əsasını qoyan dahi siyasi xadimdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt nəticəsində ölkədə hüquqi sistemin təməl prinsipləri formalaşdırılıb, hüquq islahatları dərinləşdirilərək dövlətin bütün sahələrində qanunçuluğun bərqərar olunmasına nail olunub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası-1995-ci il Konstitusiyası hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması baxımından tarixi əhəmiyyət kəsb edib. Bu sənəd ölkədə insan hüquq və azadlıqlarının qorunmasının, hakimiyyət bölgüsünün və hüquq sisteminin müstəqil fəaliyyətinin əsaslarını müəyyən edib.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, torpaq aktında olan hərf səhvinin aradan qaldırılması, ev tikintisinə köməklik göstərilməsivə digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.





Избранный
7
3
qafqazinfo.az

4Источники