RU

Makqreqor 2026-cı ildəki UFC turnirində iştirak etmək istəyir

Keçmiş UFC çempionu, iki çəki dərəcəsində döyüşçü olan irlandiyalı Konor Makqreqor, 2026-cı ilin iyulunda Vaşinqtondakı Ağ Evin həyətində keçiriləcək UFC turnirində iştirak etmək istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

"Ağ Evdəki UFC turnirində rinqin kənarında, Amerika tərəfdaşları qarşısında İrlandiyanın gücünü, cəsarətini, bacarığını və qərarlılığını təmsil edəcəyəm! İrlandiya, dünyanın ən böyük döyüş tədbirində, birbaşa Ağ Ev bağçasından!"

36 yaşlı Konor Makqreqor 2021-ci ilin iyul ayında UFC 264-də amerikalı Dustin Poryeyə texniki nokautla (ayaq zədəsi) məğlub olduqdan sonra döyüşməyib.

Избранный
54
19
90deqiqe.az

10Источники