RU

Hava şarı düşdü: 1 ölü

Niderlandda 34 nəfəri daşıyan isti hava şarının düşməsi nəticəsində 1 nəfərin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Niderlandın şimalındakı Friesland bölgəsində isti hava şarının düşməsi səbəbindən 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Rəsmi şəxslər şarda 34 nəfərin olduğunu, isti hava şarının sürətlə enərək yerə sərt şəkildə çırpıldığını açıqlayıblar.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Избранный
3
1
cebheinfo.az

2Источники