RU

Trampla bu məsələdə razılaşa bilərik - Putin

Rusiya prezidenti Vlaimir Putin sabah ABŞ prezidenti Donald Trampla keçiriləcək sammitə hazırlığı müzakirə etmək üçün işçi heyəti ilə görüşüb.

Publika.az verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, Putin Rusiyanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə görüşə hazırlıq məsələlərini müzakirə edib.

İclasda çıxış edən Putin Trampın Ukraynadakı silahlı fəaliyyətlərə son qoymaq üçün çalışdığını bildirib:

“Amerika silahlı fəaliyyətləri dayandırmaq və münaqişədə iştirak edən bütün tərəflərin marağında olan razılaşmalara nail olmaq üçün enerjili və səmimi səylər göstərir”.

Избранный
3
1
publika.az

2Источники