RU

Tramp-Putin görüşündən əvvəl Alyaskaya uçan ilk Rusiya təyyarəsi "KOKAİN İŞİ" ilə bağlıdır...-"NV"

Cümə axşamı, avqustun 14-ü səhər saatlarında "Rossiya" xüsusi uçuş heyətinin "İl-96" təyyarəsi Moskvadan Alyaskaya havaya qalxıb.
 
Moderator.az "NV" kanalına istinadla xəbər verir ki, "Flightradar24"-ün məlumatına görə, "RA-96023" reysi Vnukovo hava limanından səhər saat 8:00 radələrində qalxıb və bir neçə saatdan sonra ABŞ-ın Ankoric şəhərinə enməsi planlaşdırılıb.
 
Məhz bu şəhərdə ABŞ prezidenti Donald Trampın avqustun 15-də Kreml lideri Vladimir Putinlə görüşü nəzərdə tutulub.
 
"TASS" təbliğat agentliyi yazıb ki, uçuş sammitə hazırlıq çərçivəsində ola  və qabaqcıl qruplardan biri təyyarədə ola bilər.
 
"RA-96023" təyyarəsindən adətən Rusiyanın yüksək rütbəli məmurları istifadə edir.
 
2024-cü ildə bu göyərtə Rusiya və ABŞ arasında diplomatların rotasiyası üçün istifadə edilib. Həmçinin Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik edərkən Nikolay Patruşev tərəfindən də tez-tez istifadə olunub.
 
Eyni zamanda, “Sistema” araşdırma layihəsinin məlumatına görə, bu təyyarə 2018-ci ildə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin binalarında təxminən 400 kq kokain ələ keçirildiyi zaman məşhurlaşıb.
 
Həmin vaxt Argentina jandarmiyası bu yükün Rusiyaya çatdırılmalı olduğu, lakin sonradan yükün dəyişdirildiyi təyyarənin foto-şəkillərini dərc etmişdi. Fotonun dərcindən sonra Rusiya administrasiyası təyyarənin narkotiklərin daşınması ilə heç bir əlaqəsinin olmadığını, fotoların saxtalaşdırıla biləcəyini bildirmişdi...
Избранный
44
5
moderator.az

6Источники