RU

Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi ilə birgə məhkum edilən xadimə Səlimə Mirzəyeva vaxtından əvvəl həbsdən azad olunub.

 

Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn belə qərar qəbul edib.

 

Xanım məhkum 8 illik cəzasının yarıdan çoxunu çəkməsinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyinin nəzərə alınmasını əsas gətirərək həbsdən azad edilməsini istəyib.

 

Yuxarı instansiya məhkəməsi ərizənin təmin edilməməsi üçün heç bir əsas görməyib. Qərara əsasən, xadimə azadlığa buraxılıb. S.Mirzəyevə cəza müddəti tam bitənə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olacaq.

Tarix: 14 Avqust 2025, 17:50   
Избранный
54
20
pravda.az

10Источники