RU

Peskov: "Alyaska görüşündə sənəd imzalanması gözlənilmir"

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlardan sonra Moskva və Vaşinqton hər hansı sənəd imzalamağı planlaşdırmır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər:

"Sammitin yekunu üzrə sənəd imzalanması gözlənilmir. Hər hansı sənədin imzalanması ehtimalı azdır".

Bizim.Media

Избранный
26
7
bizim.media

9Источники