RU

CHP-nin 5 bələdiyə sədri AK Partiyaya keçir? -VİDEO

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 24-cü ildönümü qeyd olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu münasibətlə keçirilən mərasimdə bir sıra bələdiyyə sədrlərinin hakim partiyaya keçəcəyi gözlənilir.

 

Yayılan iddialara görə, AK Partiyaya üzv qəbul ediləcək ən qalmaqallı siyasətçilərdən biri Aydın Böyükşəhər Bələdiyyəsinin sədri, CHP üzvü Özlem Çerçioğludur. O, bu barədə iddiaları təkzib etməyib.

 

Aydın vilayəti daxilində yerləşən 4 şəhərin CHP-dən olan bələdiyyə sədrlərinin də hakim partiyaya üzv qəbul ediləcəyi gözlənilir.

 

İYİ Partiyadan olan bir sıra bələdiyyə sədrlərinin də AK Partiyaya keçəcəyi qeyd olunur.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan avqustun 14-də hakim partiyaya yeni üzvlərin qəbul ediləcəyini bildirib.

Избранный
23
4
senzor.az

5Источники