RU

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən...

Rusiyada miqrasiya qaydalarında ciddi dəyişikliklər edilir. 2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətində miqrantlar üçün yeni qaydalar tətbiq ediləcək. Yeni qaydalar əcnəbilərin Rusiyaya girişi, qeydiyyatı, viza və yaşayış icazəsinin alınması, vətəndaşlığa qəbulu və imtahanlarla bağlıdır.

Sentyabrın 1-dən Rusiyaya vizasız daxil olmuş bütün xarici vətəndaşlar məcburi qeydiyyatdan keçəcəklər. Əcnəbilər Moskva "Miqrasiya Mərkəzində" qeydiyyatdan keçməli, proqram quraşdırmalı, biometrik məlumatlara çıxışı təmin etməli və  Geolokasiya izlənməsinə icazə verməli olacaq (Qeydiyyat üçün 90 gün; ünvan dəyişdirildikdə: 3 iş günü müddətində Daxili İşlər Nazirliyinə məlumat verilir).

Miqrantlar pozuntulara görə, müəyyən məsuliyyətlər daşıyacaq. Belə ki, birinci pozuntu zamanı onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər, təkrar pozuntu halı baş verdikdə isə deport olunacaqlar. 

Digər yandan Rusiyanın bir neçə bölgəsində bir patent altında işləmək imkanı təqdim olunur. Sentyabr ayından Rusiyaya hər hansı keçid məntəqəsindən vizasız daxil olmaq üçün əcnəbilər ruID mobil tətbiqi vasitəsilə özləri və səfərlərinin məqsədi haqqında məlumatı əks etdirən ərizə təqdim etməli olacaqlar. Tətbiqdən istifadə edənlər giriş məhdudiyyətlərini yoxlaya və digər xidmətləri ala biləcəklər.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixindən etibarən Moskva və Moskva vilayətində xarici vətəndaşlar olduqları yer üzrə deyil, səlahiyyətli təşkilatın ünvanında qeydiyyata alınacaqlar.

Xarici uşaqların məktəblərə qəbulu qaydalarında da müəyyən dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.


Избранный
57
10
news24.az

10Источники