RU

Meyvə, tərəvəz və bağçılıq məhsullarında məhsuldarlığın azalması ehtimalı yüksəkdir AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Bakıda və ətraf bölgələrdə gözlənilən intensiv yağış və güclü külək kənd təsərrüfatına birbaşa təsir göstərə bilər”.Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Tural Məmmədov deyib.O bildirib ki,  belə hava şəraiti xüsusilə açıq sahədə əkilmiş məhsullara zərər verə, əkinlərin bəzi hissəsini yararsız edə bilər:“Meyvə, tərəvəz və bağçılıq məhsullarında məhsuldarlığın azalması ehtimalı yüksəkdir. Eyni zamanda güclü külək və yağış səbəbindən məhsulların toplanması, daşınması və bazara çatdırılması çətinləşir ki, bu da əlavə logistika xərclərinə yol açır. Nəticədə qısa müddətdə xüsusilə tez xarab olan məhsulların qiymətində artım müşahidə oluna bilər. Lakin qiymətlərin uzunmüddətli yüksəlməsi birbaşa hava şəraitindən asılıdır. Əgər ekstremal iqlim hadisələri davamlı olarsa, bu, məhsul təklifini daha da məhdudlaşdıraraq bazarda ciddi bahalaşmaya səbəb ola bilər. Ona görə fermerlərin və alıcıların yaxın həftələrdə məhsul vəziyyətinə diqqət yetirməsi vacibdir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
demokrat.az

2Источники