Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
QOL.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxır.
Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edir. Görüş saat 20:00-da başlayıb.
Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Sabah” - "Levski" cütünün qalibi “pley-off”da "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq. 3-cü mərhələni adlasa, "Sabah" ilk oyununu evdə keçirəcək.
14 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan) - 0:1 (Birinci hissə)
Qol: Kirilov, 40
İlk oyun - 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. "Bank Respublika Arena"