Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqindəki Durban şəhərinin mərkəzi sahilindən bir qədər aralıda yüngülmühərrikli təyyarə suya düşüb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Qəza yerinə xilasedicilər cəlb ediliblər. Təyyarədə olan şəxslərin sayı ilə bağlı məlumat verilməyib.
Sosial şəbəkələrdə məşhur Sankoust-Biç şəhərinin çimərliyi üzərində uçan təyyarənin qəfil hündürlüyünü itirərək suya düşdüyünə dair video yayılıb.