RU

KL: "Sabah" - "Levski" oyununda 2-ci qol - YENİLƏNİR

Azərbaycan kubokunun qalibi "Sabah" UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşünə çıxır. 

Fanat.Az xəbər verir ki, "bayquşlar" pley-off mərhələsinə vəsiqə uğrunda həlledici matçda "Levski"ni qəbul edir.

Bolqarıstan təmsilçisinə səfərdə son dəqiqələrdə buraxdığı qolla minimal hesabla uduzan Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda cütün taleyini Bakıda həll etməyə çalışacaq. 

Saat 20:00-da başlayacaq qarşılaşmanı ukraynalı FİFA referisi Mikola Balakinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bakılılar mərhələ adlasa, pley-offda "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
14 avqust

“Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) 0:2 (2-ci hissə)
Qollar:
Radoslav Kirilov, 40. Mazir Sula, 87.
Hakim: Mikola Balakin (Ukrayna).
Masazır. "Bank Respublika Arena".

"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 3. Stiv Solve, 40. İqor Noqeyra, 7. Boyan Letiç 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 70. Cesse Sekidika.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

"Levski": 92. Svetoslav Vutsov, 3. Maykon, 4. Kristian Makun, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qaşper Trdin, 21. Aldair Neveş, 50. Kristian Dimitrov,  77. Borislav Rupanov, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov.
Ehtiyat oyunçular: 1. Oqnyan Vladimirov, 78. Martin Lukov, 6. Venderson Tsunami, 7. Fabio Lima, 8. Karlos Oene, 22. Mazir Sula, 23. Patrik Misloviç, 37. Rildo de Amorim, 39. Stivan Stoyançov, 71. Oliver Kamdem, 95. Karl Fabyen.
Baş məşqçi: Xulio Velaskes.

Избранный
1
5
fanat.az

6Источники