RU

Naxçıvanda kafenin fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən "Nurlan" kafesində ciddi nöqsanlar aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qeyd olunub ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Sezar pizza

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Избранный
14
16
yenisabah.az

10Источники