RU

"Sabah" UEFA Konfrans Liqasıında mübarizəni dayandırıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.

Far.Az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.

*** 21:44

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

85-ci dəqiqədə Mazire Soula ev sahiblərini oyuna növbəti dəfə mərkəzdən başlamağa məcbur edib.

***20:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyunu start götürüb.

Far.Az xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.

Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.

Избранный
64
4
far.az

10Источники