Sabirabadda mərkəzi bazar ərazisində yanğın baş verib.
SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə şəhərin V.Əhmədov küçəsində qeydə alınıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində bazar ərazisində 20 m² sahədə məişət tullantıları, ümumi sahəsi 900 m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16 m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27 m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300 m² sahədə quru ot yanıb.
Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.