ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya diktatoru Vladimir Putin arasında keçiriləcək potensial görüşdə Avropa liderləri də iştirak edə bilər.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp qeyd edib ki, sabah onun Putinlə mühüm görüşü olacaq, çünki Birləşmiş Ştatlar “çox sayda insanın həyatını xilas etməyi” planlaşdırır. Amerika liderinin sözlərinə görə, o, “hər həftə ölən” minlərlə əsgəri xilas etmək istəyir.
"Düşünürəm ki, bu (Putinlə görüş - red.) yaxşı olacaq. Amma daha vacib olan ikinci görüş olacaq ki, bu görüşdə prezident Putin, prezident Zelenski, mənim və bəlkə də bəzi Avropa liderləri iştirak edəcək. Ya da iştirak etməyəcəklər.
ABŞ prezidenti hesab edir ki, Zelenski və Putin sülhə nail ola biləcəklər.
QAZİLER.AZ